Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

30 Oktyabr, 2018 13:13 | Siyasət | Baxış sayı: 20
Nazirlərin görüşü
Nazirlərin görüşü

Görüş İstanbulda baş tutub

İstanbulda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərifin VI üçtərəfli görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə tərəflər üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda nazirlər coğrafi cəhətdən əlverişli mövqeyə malik üç ölkənin tranzit potensialının artırılmasına, eləcə də nəqliyyat infrastrukturunun inkişafı üçün əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər.

Görüşdən sonra mətbuat konfransı keçirilib.