Şamaxı və Beyləqanın icra başçıları dəyişdi

30 Oktyabr, 2018 15:55 | Siyasət | Baxış sayı: 163
Şamaxı
Şamaxı

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident bu gün bir neçə rayonun icra başçısını dəyişib. Dövlət başçısı İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Tahir Nadir oğlu Məmmədov isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.