Prezident Şəki və Qaxla bağlı sərəncam verdi

30 Oktyabr, 2018 08:30 | Siyasət | Baxış sayı: 37
Prezident Şəkidə
Prezident Şəkidə

Adıçəkilən rayonlarda yeni məktəb və binalar tikiləcək

Ötən gün Şəkidə səfərdə olan prezident İlham Əliyev şəhərlə baölı bir necə sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə şəhərdə yeni məktəb binası tikiləcək. 

Sərəncamla Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacaq.

Bundna başqa Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında da sərəncam verilib. Sərəncamda deyilir: "Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə prezidentin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın".

Dövət başçısı Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə  3,0 (üç) milyon manat ayrırıb.