Prezident Səbailin icra başçısını dəyişdi

30 Oktyabr, 2018 15:51 | Siyasət | Baxış sayı: 181
Sərəncam imzalandı
Sərəncam imzalandı

Rayona yeni rəhbər təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

V.Zeynalov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib.