Prezident: "Mən maraqlandım ki, Şəkidə kinoteatr var?"

30 Oktyabr, 2018 08:47 | Siyasət | Baxış sayı: 212
Prezident Şəkidə "ASAN Həyat"da
Prezident Şəkidə "ASAN Həyat"da

Prezident hamını sevindirdi - gələn il azı 5 mərkəz yaradılacaq

"Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq". İstiPress-in məlumatına görə, bunu Şəkidə "ASAN Həyat"ın açılışında iştirake dən prezident İlham Əliyev deyib. 

Onun sözlərinə görə, bu kompleksdə vətəndaşlara 240 nəfər ən yüksək səviyyəli xidmət göstərəcək. "Çünki “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri, ümumiyyətlə, dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardan biridir.

“ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi. Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir". 

Prezident bildirib ki, gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.

"Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir. Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq". 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Prezident və xanımı ASAN-da
Prezident və xanımı ASAN-da