Ordu döyüş atışı keçirdi VİDEO, FOTO

30 Oktyabr, 2018 11:18 | Siyasət | Baxış sayı: 91
Təlim
Təlim

Atışlı təlim döyüş hazırlığı planına əsasən həyata keçirilib

Hərbi birlikdə döyüş atışlı təlim keçirilib. Təlimlər müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda baş tutub.

Bu barədə məlumat Müdafiə Nazirliyindən verilib. 

Senariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.