Rusiyadan Qarabağ dəstəyi

30 Oktyabr, 2018 10:01 | Siyasət | Baxış sayı: 365
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir

"Moskva Bakıya qarşı İrəvanın əlində alət olmayacaq”

Ermənistanın yeni hakimiyyəti Qarabağ münaqişəsinin nizama salınması prosesini ATƏT-in Minsk qrupu həmsədrlərinin keçmiş prezident Serj Sarkisyanın əvvəlki hökuməti ilə razılaşdırdığı şərtlərə əməl etməlidir.

Bu barədə rusiyalı politoloq, Avrasiya hərəkatının rəhbəri Aleksandr Dugin bildirib. Onun sözlərinə görə, o vaxt əldə olunmuş və əvvəlcə işğal edilmiş beş, perspektivdə isə yeddi rayonun azad olunmasını nəzərdə tutan razılıq Qarabağ münaqişəsinin həlli üçün çox vacib prosesdir. 

Onun sözlərinə görə, Ermənistanın yeni lideri Nikol Paşinyan əvvəlcə bu razılşaamadan boyun qaçırıb. Sonra isə deyəsən, daha məsuliyyətli yanaşma ilə danışıqları davam etdirmək istəyir.

Politoloq qeyd edib ki, Ermənistan bu gün güclü siyasi qeyri-stabillik yaşayır. Əgər  hakimiyyəyt dəyişikliyi olmasaydı Qarabağla bağlı hansısa nəticələri əldə edilə bilərdi.

Rus politoloq xüsusi ilə qeyd edib ki, Rusiyanın strateji partnoyoru olan Ermənistan heç bir halda ondan Azərbaycana qarşı istifadə edə bilməz. "Mən əminliklə deyirəm ki, Moskava Bakıya qarşı İrəvanın əlində alət olmayacaq”.

Duginin sözlərinə görə, Ermənistan danışıqlar prosesində separatçı rejimin də iştirakında israr edir. “Onda bəs doğma yurdlarından qovulan azərbaycanlılar? De-fakto və de-yure Azərbaycanın hissəsi kimi tanınan bu regionun Azərbaycan əhalisi hanı?"”.   

A.Dugin
A.Dugin