Fələstindən İsraillə bağlı şok qərar

30 Oktyabr, 2018 09:31 | Siyasət | Baxış sayı: 84
Qüds
Qüds

Əldə edilmiş bütün razılaşmalar dayandırlıb

Fələstin İsraili tanımaqdan imtina edir və onunla təhlükəsizlik sahəsində əldə olunmuş bütün əməkdaşlıqları dayandırır. Bu barədə Fələstinin "Maan" informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar Fələstin Azadlıq Təşkilatı (FAT) Mərkəzi Şurasının Rəmallahda keçirilən iclasında qəbul olunub.

"FAT-ın Mərkəzi Şurası Fələstin paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri çərçivəsində tanınmayınca, İsrail dövlətinin tanınmasını dondurmaq barədə qərar qəbul edib". 

Bunlarla yanaşı FAT beynəlxalq hüquq normalarına uyğun olaraq hər bir vasitə ilə işğala qarşı müqavimət göstərmək hüququnun olduğunu bəyan edib.