ABŞ vətəndaşlığı almaq istəyənlərə Trampdan zərbə

30 Oktyabr, 2018 15:17 | Siyasət | Baxış sayı: 77
Donald Tramp
Donald Tramp

Prezident avtomatik vətəndaşlıq verən qanuni ləğv edir

ABŞ prezidenti Donald Trampdan miqrantlara daha bir zərbə. İstiPress-in məlumatına görə, ABŞ-da doğulan ancaq valideynləri Amerika vətəndaşı olmayan uşaqlara da vətəndaşlıq verilməyəcək.

Prezident ölkə ərazisində doğulan miqrant uşaqlarına ABŞ vətəndaşlığı verilməsi ilə bağlı qanunu ləğv edəcəyini açıqlayıb. Bu barədə o yerli kanallardan birinə deyib. 

Onun ləğv etmək istədiyi qanuna görə hazırda ölkənin ərazisində doğulan bütün uşaqlar, valideyləri amerikalı olmasalar belə avtomatik şəkildə ABŞ vətəndaşı olurdular. 

"Biz dünyada yeganə ölkəyik ki, insanlar gəlir, burada uşaq dünyaya gətirir və bu körpə ABŞ vətəndaşı olur. Bu gülüncdür və buna son qoymaq lazımdır".