Qarabağdakı erməniləri qorxudan sual

30 Oktyabr, 2017 09:20 | Siyasət | Baxış sayı: 256
Kəndi tərk edən ermənilər (arxiv)
Kəndi tərk edən ermənilər (arxiv)

İndi nə olacaq?

Kataloniyanın heç kim tərəfindən tanınmayan referendumundan sonra Dağlıq Qarabağdakı marionetlər də onların öz müqəddəratını təyin etmə haqqından danışmağa başlayıblar.  Azərbaycan ərazisində ermənilərin yaratdığı separatçı rejimin "böyükləri" yaxşı anlayırlar ki, İspaniyada konsitutsiyanın bərpasından sonra onların işi daha çətin olacaq.

Bu günə kimi heç bir ölkə bu qondarma dövləti tanımayıb. İndi isə bütün Avropa yekdil şəkildə bölünməz suveren İspaniyaya dəstək verəndə separatçı Qarabağın marionet ermənilərinin vəziyyəti daha da pisləşib. Onların başına nə gələcək? Bu bu gün onların ən əsas düşüncəsi məhz budur. 

Xatırladaq ki, dünyada heç kim Kataloniya separatçılarını dəstəkləməyib, elə Qarabağdakılar kimi...