Prezident Trampa "yox" dedi

30 Oktyabr, 2017 11:25 | Siyasət | Baxış sayı: 292
Donald Tramp
Donald Tramp

ABŞ prezidentinin arzusu ürəyində qaldı

İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampla görüşdən imtina edib. İstiPress-in məlumatına görə, görüş sentyabr ayında BMT Baş Assambleyasının toplantısı çərcivəsində olmalı idi. 

"Fars" agentliyinin məlumatına görə, görüşün təşəbbüskarı ABŞ prezidenti Tramp olub. Lakin Ruhani ona rədd cavabı verib. Məlumata görə, Fransanın dövlət başçısı Emanuel  Makron Ruhanini görüşə razı salmağa çalışıb. Amma onun bütün cəhdləri cavabsız qalıb.

İran XİN-nin rəsmisi də görüş haqqında yayılan xəbərləri təsdiqləyib. Bəhram Kaseminin sözlərinə görə, Ruhani Trampla hər hansı danışıq aparmaqdan imtina edib. Lakin o, Makronun cəhdləri barədə deyilənləri təkzib edib. 

Məlumata görə, Tramp BMT-də Tehrana qarşı sərt çıxışından bir gün sonra İran liderini görüşə dəvət edib.  Tramp İranla razılaşmanı sərt tənqid etmişdi - "Düzünə qalsa bu ABŞ-ın əldə etdiyi ən pis razılaşmadır. Bu sadəcə biabırçılıqdır".

Həsən Ruhani
Həsən Ruhani