Həmsədrlər Azərbaycan Ermənistan rəsmilərini görüşdürmək istəyir

30 Oktyabr, 2017 14:23 | Siyasət | Baxış sayı: 76
Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Gələn ay onlar nazirlərlə bir araya gələcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Görüşün gələn ayın ortalarında olması planlaşdırılır. 

Hələlik görüşün dəqiqi tarixi və yeri bilinmir. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, bu görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.