Vəsiqə qoyub 300 min dollar borc alan deputatdan gözlənilməz addım

30 Sentyabr, 2019 12:38 | Siyasət | Baxış sayı: 216
Rafael Cəbrayılov
Rafael Cəbrayılov

Rafael Cəbrayılov istefa verib

Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli deyib ki, Konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib. O, eyni zamanda həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. "Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq, MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir”.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir. 

Məlumata görə, deputatın ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub. Deputat borcu vaxtında ödəyə bilməyib.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.