Türkiyə Su-57 qırıcıları almaq üçün danışıqlar aparır - Ərdoğan

30 Avqust, 2019 20:31 | Siyasət | Baxış sayı: 96
Rusiya və Türkiyə prezidentləri "Su-57" təyyarəsinə baxış keçirib
Rusiya və Türkiyə prezidentləri "Su-57" təyyarəsinə baxış keçirib

"ABŞ F-35 qırıcılarının təchizatı ilə bağlı mövqeyini dəyişməsə bu vəziyyətdən çıxış yolu axtaracağıq"

Türkiyə və Rusiya Su-57 qırıcıları ilə bağlı danışıqlar aparır. 

İstiPress-in məlumatına görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında söyləyib.

"Su-57 qırıcıları ilə bağlı danışıqlar davam edir və edəcək. "MAKS -2019" Beynəlxalq Aviasiya və Kosmik sərgisindən sonra nazirliklərdən nümayəndələrimiz Rusiyada qalıb işi davam etdirirlər. Bundan başqa kreditləşmə və təyyarələrin ortaq istehsalı ilə bağlı şərtlərimizi masaya qoyacağıq.  Əgər ABŞ F-35 qırıcılarının təchizatı ilə bağlı mövqeyini dəyişməsə bu vəziyyətdən çıxış yolu axtaracağıq",- deyə Türkiyə lideri “RİA Novosti”yə açıqlamasında bildirib.

Qeyd edək ki, avqustun 27-də Ərdoğan Putinlə birgə Moskva bölgəsindəki “MAKS-2019” sərgisində iştirak edib. O, Rusiyanın Su-35 və Su-57 qırıcıları ilə maraqlandığını və bu mövzunu Putinlə danışıqlar zamanı müzakirə etdiyini qeyd edib.