Türkiyə hərbçiləri Azərbaycana gəldi - VİDEO

30 Avqust, 2019 18:37 | Siyasət | Baxış sayı: 110

“TurAz Qartalı - 2019” təlimlərində 30-dək aviasiya vasitəsi iştirak edəcək

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə heyətinin növbəti qrupu Azərbaycana gəlib.

İstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 2-dən 16-dək keçiriləcək təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.