Tramp Polşaya gedəsi olmadı - qasırğaya görə

30 Avqust, 2019 08:36 | Siyasət | Baxış sayı: 37
Donald Tramp
Donald Tramp

ABŞ prezidentini ölkənin vitse-prezidenti əvəz edəcək

ABŞ prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri təxirə salıb. Buna səbəb Florida ştatının sahillərinə doğru yaxınlaşan “Dorian” qasırğasıdır. Yaxın günlərdə nəzərdə tutulan səfərdə onu vitse-prezident Mayk Pens əvəz edəcək.

"Mənim burada olmağım çox vacibdir. Qasırğa çox ciddi ola bilər. Maykl səfər edəcək. Mən bir az öncə Polşa prezidenti ilə danışdım və ona ən xoş arxularımı çatdırdım. Bizim prioritetimiz yaxınlaşan qasırğada insanları qorumaq və təhlükəsziliklərini təmin etməkdir". ABŞ lideri Polşaya yaxın gələcəkdə səfər edəcəyini deyib. 

Qasırğa 2 sentyabr, çərşənbə axşamı günü Florida sahillərinə çatmalıdır.

Xatırladaq ki, Trampın Polşa səfəri avqustun 31-də başlamalı idi. Amerikanın dövlət başçısı sentyabrın 1-də Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etməli idi.