Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində əməliyyat toplanışı keçirildi

30 Avqust, 2019 13:28 | Siyasət | Baxış sayı: 14
Toplantı
Toplantı

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun növləri və birliklərinin qərargah rəisləri, həmçinin Müdafiə Nazirliyinin baş idarə və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin müavinlərinin iştirakı ilə əməliyyat toplanışı keçirilib. Toplantı Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən baş tutub. 

Toplanışın keçirilməsində məqsəd əməliyyatlara hazırlıq zamanı qərargahların işinin təşkili və döyüş fəaliyyətlərinin hərtərəfli təminatının planlaşdırılması, qoşun növləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də qərargahlarda döyüş sənədlərinin müvafiq tələblərə uyğun işlənilməsi, o cümlədən hərb sənəti və qoşunların idarə edilməsi üzrə bilik və bacarıqların təkmilləşdirilməsi olub.