Prezidentdən maraqlı hədiyyə - araq və şokolad

30 Avqust, 2019 09:24 | Siyasət | Baxış sayı: 147
Aleksandr Lukaşenko və Con Bolton
Aleksandr Lukaşenko və Con Bolton

"Xoşunuza gəlsə yenə verə bilərik"

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın müşaviri Con Boltona qeyri-adi hədiyyə edib.

ABŞ liderinin təhlükəsizlik məsələləri üzrə müşaviri ötən gün ilk dəf olaraq Belarusa səfər edib. O, həm də son zamanlarda bu ölkəyə səfər ən ən yüksək çinli amerikalı olub. Prezidentlə görüşdən sonra Lukaşenko ona quyu suyundan hazırlanan Belarus arağı və şokolad hədiyyə edib. Prezident deyib ki, bu arağı BMT-nin baş katibi Antonio Quterreş də çox bəyənir. 

"Bunu mağazada satmırlar. Bizim quyu suyundandır". Bolton isə "Rusiyanınkindən də yaxşıdır?" deyə sual verib. "Bəli" deyən Lukaşenko qeyd edib ki, bu məhsul məhdud sayda istehsal edilir - hədiyyə üçün. "Adətən dövlət başçılarına bağışlayıram. Yeyəndə bir rumka içmək olar- faydalıdır. Əgər xoşunuza gəlsə yenə verə bilərik".

Ölkəsinin istehsalı olan şirniyyatı isə o təyyarədə yeməyi məsləhət görüb. "Bu şəkərsiz və qatqısızdır. Onun üçün də 10 gün ərzində yeyilməlidir".