General sərhədsevərləri mükafatlandırdı

30 Avqust, 2019 19:48 | Siyasət | Baxış sayı: 364

"Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı" ilə

Bu gün Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd  dəstəsində təqdimetmə mərasimi keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, bölgənin müxtəlif qurumlarda rəhbər vəzifələrdə işləyən rəhbər şəxslərinin, ayrı-ayrı idarələrdə işləyən vəzifəli şəxslərin və sadə insanların böyük bir qrupu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə "Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif olunub.

100 illik sərhəd yubiley medalını təltifçilərə Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev təqdim edib. O çıxışında təltif olunanlara DSX rəisi, general-polkovnik Elçin Quliyevin salamını və təbrikini çatdırıb, onların hər birinə sərhədçilərlə sıx və daimi ünsiyyətə, diqqətə görə təşəkkür edib. Yubiley medalı alanlar arasında Qubanın icra başçısı Ziyəddin Əliyev, Qusar rayon prokurooru Mübariz Əhmədov, Qusar rayon məhkəməsinin sədri Adil Vəliyev, Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Zeynalov, Xaçmaz rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev, Xaçmaz polis şöbəsinin rəis müavinləri Amil Tahirov, Teymur Mehbalıyev, Xudat səhər bələdiyyəsinin sədri Elman Allahyarov, Qusarın Yuxarı Tahircal kənd sakini Ağa Laçınov və digərləri də vardı.

Qubanın icra başçısı Ziyəddin Əliyev Dövlət Sərhədini uğurla, ayıq-sayıqlıqla qoruyan sərhədçilərin həmişə yanında olacağını söyləyib və bütün təltif edilən şəxslər adından general-polkovnik Elçin Quliyevə xüsusi minnətdarlıq edib. Azərbaycanın 100 illik tarixi olan DSX-nin yubiley medalına layiq görülənlər sırasında İstiPress-in şimal bürosunun əməkdaşı Aytəkin Alxaslı da vardı. Aytəkin Alxaslı uzun illərdir sərhədçilərlə iş birliyində olduğunu, onların çətin, lakin şərəfli əməyilə həmişə yerində tanış  olduğunu deyərək yüksək təltifə görə 27 ildir şəxsən tanıdığı DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevə öz minnətdarlığını çatdırıb.