Ermənilər döyüş məntəqəmizi snayperlə vurmağa çalışdı FOTO

30 Avqust, 2019 09:28 | Siyasət | Baxış sayı: 372
Sərhədçi
Sərhədçi

Hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb, amma...

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, avqustun 29-da saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki Azərbaycanın sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb. 

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.