Məhəmməd peyğəmbərin karikaturası Pakistanı qarışdırdı

30 Avqust, 2018 11:27 | Siyasət | Baxış sayı: 122
Pakistan
Pakistan

Niderland karikatura müsabiqəsi keçirmək istəyir

Niderlandda Məhəmməd peyğəmbərin (s.ə.s) karikatura müsabiqəsinin təşkili müsəlmanların qəzəbinə səbəb olub. "Azadlıq" partiyasının rəhbəri Hert Vildersonun peyğəmbərin karikaturası müsabiqəsini təşkil etmək niyyətinə qarşı Pakistanda etiraz aksiyası keçirilib. Aksiyada on minə yaxın insan iştirak edib. 

"Biz peyğəmbərin şərəfi uğrunda ölməyə hazırıq" şüarı altında baş tutan aksiyalarda Pakistan parlamentinin ali palatası da müsabiqəni tənqid edib. "Onlar anlamırlar ki, bu əməlləri ilə bizə neçə ziyan vururlar", deyə baş nazir İmran Xan bildirib. 

Xatırladaq ki, Vilders parlamentdəki kabinetinin divarlarını bu komiksəlrə bəzəmək istəyir. O, artıq yüzdən çox şəkilin əlində olduğunu deyib. 

Peyğəmbərin karikaturasının çəkilməsi ilə bağlı ilk fakt deyil. 2015-ci ilin yanvara ayında 7-də Fransanın "Charlie Hebdo" qəzetinin redaksiyasına hücum olub. Terrorçular Məhəmməd peyğəmbərin karikaturasını dərc edən qəzetin əməkdaşlarını gülləboran ediblər. Nəticədə 12 nəfər ölüb.