Bu ölkənin veto hüququ da yoxdur
Bu günlərdə Ermənistan XİN bildirib ki, əgər Azərbaycan KTMT-yə daxil olmaq istəyini bəyan edərsə ölkə veto hüququndan istifadə edəcək. Sən demə bədnam qonşularımız bu dəfə də yalan danışıblar. Beynəlxalq əlaqələrin tədqiqi institutunun elmi işçisi Dmitri Belyakov veto hüququnun bu təşkilatda ümumiyyətlə olmadığını deyib.
KTMT-yə üzv qəbul proseduru 2002-ci ildə qəbul edilib. Bu maddəyə uyğun olaraq prisnsipləri eyni olan, üzərinə qurumun öhdəlikləri götürə bilən istənilən dövlət bu hərbi təşkilatın üzvi ola bilər. Ekspert Ermənistnın bütün səylərinə baxmayaraq Azərbaycanın bu təşkilata daxil olacağına ümid etdiyini bildirib.