Ruslar ermənilərə yemək bişirmək öyrədəcək

30 Avqust, 2017 10:13 | Siyasət | Baxış sayı: 93
Aşpaz
Aşpaz

Yeməklərimizi oğurlayan erməni aşpazlara dərs veriləcək

Ruslar erməni məktəbləri üçün aşpazlar hazırlamağa başlayırlar. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Moskvadakı Qida Sənayesi İnstitutunun mütəxəssisləri Ermənistanın sərhəd ərazisi olan Tavuş vilayətindəki məktəb aşpazları üçün təlim kursuna başlayıblar.

İlk təlimdə 30 məktəbin aşpazları iştirak ediblər. İnstitut işçisi ermənilərə məktəbliləri qızardılmış yeməklərlə qidalandırmamağı məsləhət görüb. Aşpazlara həm də sanitar normalara da riayət etmək öyrədilir. 

Ermənistanda çox şeyin çatmadığı çoxdan hərkəsə bəllidir. Amma mətbəximizi belə utanmadan oğurlayıb, adına çıxmağa cəhd edən, turistlərin ölkələrinə gəlməsi üçün bar-bar bağıran bir yerdə aşpazlar öz işlərini görə bilmirlər.

Ən strateji yer hesab edilən məktəblərdə ölkənin gələcəyi hesab edilən aşapazlara gigiyena qaydalarını belə indi öyrənirlər. Görünür bu zamana kimi onlarda bu anlayış da mövcud olmayıb.