Ermənilərin faşist "qəhrəmanı" gülləbaran edildi

30 Avqust, 2017 07:16 | Siyasət | Baxış sayı: 162
Njdenin güllələnən büstü
Njdenin güllələnən büstü

Njdenin büstünü naməlum şəxslər dağıdıb

Ermənilərin dövlət xadimi hesab edilən hərbi cinayətkar Qaregin Njde hücuma məruz qalıb. İstiPress-in məlumatına görə, faşist "qəhrəmanın" heykəli gülləbaran edilib. 

Hadisə Syunik vilayətində qeydə alınıb. Naməlum şəxslər Njdenin Xustup dağındakı abidəsinin baş nayihəsinə atəş açıblar. Nəticədə heykəldə dəliklər əmələ gəlib.  

Yerli quberniya rəhbərliyinin məlumatına görə, faşist cinayətkarın büstü artıq əvvəlki vəziyyətinə qaytarılıb.