Ərdoğanın Bakı səfəri təxirə düşdü

30 Avqust, 2017 09:52 | Siyasət | Baxış sayı: 293
Rəcəb Tayyib Ərdoğan - Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan - Türkiyə Prezidenti

Türkiyə prezidenti sentyabrda gəlməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib. Hazırda səfərin yeni tarixi müəyyənləşdirilir. 

Qeyd edək ki, prezidentin səfəri sentyabrın 10-11-də olmalıydı. Onun Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılması nəzərdə tutulurdu.

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü isə sentyabrın 6-da Bakıda keçiriləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 5-də Bakıya gələcək.