Trampdan gözlənilməz İran bəyanatı

30 İyul, 2019 09:05 | Siyasət | Baxış sayı: 91
İran-ABŞ münasibətləri gərginləşir
İran-ABŞ münasibətləri gərginləşir

"İran danışıqlarda da heç vaxt uduzmayıb"

"İran heç müharibədə qalib gəlməyib". Bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

"Sadəcə xatırlayın, İran heç müharibədə qalib gəlməyib, lakin İran danışıqlarda da heç vaxt uduzmayıb". ABŞ prezidenti konkret nəyi nəzərdə tutduğunu izah etməyib.

Qeyd edək ki, ABŞ nüvə sazişindən çıxdığını elan etdikdəsn sonra dəfələrlə İrana danışıqlar masası arxasına dönmək haqqında çağırış ediblər. İran isə bu təkliflərdən imtina edib və bildirib ki, razılıq var, ABŞ sadəcə öhdəliklərini yenrinə yetirməlidir.