S-400 sanksiyası - Türkiyə ABŞ-a "sürpriz" hazılayır?

30 İyul, 2019 10:09 | Siyasət | Baxış sayı: 98
"İncirlik" bazası
"İncirlik" bazası

Türkiyə Amerikanın hədələri qarşısında sakit dayanmayacaq

Türkiyə Rusiya istehsalı olan S-400 raket kompleksini aldıqadan sonra rəsmi Vaşinqton bu ölkəni cəzalandırmaq üçün müxtəlif yollara əl atmağa başladı. 

"Regnium" yazır ki, tam gücü ilə Türkiyəyə zərbə vurmağa ABŞ-a mane olan bəzi səbəblər var. Birincisi, Türkiyə hərbi cəhətdən kifayət qədər gücü olan NATO üzvlərindən biridir. Onu düşmən elan etmək bloku zəiflətməkdir. İkincisi, ABŞ öz strategiyasında uzun müddətli oyun taktikasındadır. Demək o hesab edir ki, perespektivdə Ankara Amerika şirkətləri ilə tərəfdaşlıqlara geri qayıdacaq.

ABŞ Nümayəndələr palatasının silahlı qüvvələr komissiyasının üzvi Mak Tornberri hesab edir ki, Türkiyəni F-35 proqramından çıxarmaq kifayətdir. Başqa sanksiyaları isə saxlamaq lazımdır. 

Hətta belə natamam qərar belə Türkiyəyə 9-12 milyard dollar civarında ziyan vura bilər. 

Ancaq Türkiyə də Amerika cəzalarına məruz qaldığı belə halda səssiz dayanamayacaq. Vaşinqtondan inciyən Türkiyənin ancaq öz ərazisindəki  hərbi bazaları bağlaya biləcəyi barədə sözləri belə Ankaranın əlində ciddi faktdır. Ancaq müdafiə naziri Hülusi Akar hələlik bütün detalları açıqlamayıb. Ancaq Türkiyənin əlində başqa arqumentlər də var.