Qazaxıstan hərbi gəmisi Bakıda - FOTO

30 İyul, 2019 16:20 | Siyasət | Baxış sayı: 43

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakıya gəlib.

İstiPress-ə bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir. 

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.