İranın hərbi gəmiləri Bakıda - FOTO

30 İyul, 2019 17:55 | Siyasət | Baxış sayı: 99
İran raket gəmisi
İran raket gəmisi

“Peykan” və “Cövşən” raket katerləri gəlib

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər. 

İstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə , buna səbəb Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.