Arvadını öldürən prezident köməkçisi edam ediləcək

30 İyul, 2019 14:13 | Siyasət | Baxış sayı: 75
5d4011d40f25442494452fb0
5d4011d40f25442494452fb0

Tehranın keçmiş meri haqqında məhkəmə qərar verib

Bir neçə ay öncə arvadını öldürən İran prezidentinin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfi haqqında məhkəmə qərar verib. 

Tehranın keçmiş bələdiyyə başçısı edam hökmünə məhkum edilib. Qərardan apellyasiya şikayəti vermək mümkündür. 

Siyasətçi mayın 28-də gənc arvadını güllələdiyini etiraf etmiş və cinayətdə istifadə etdiyi silahı polisə təhvil vermişdi. 35 yaşlı Mitra Nəcəfinin meyiti  Saadat Abad rayonundakı evində tapılıb. Bu mərkəzi rayonda İran elitasının üzvləri məskunlaşıblar.

Müşavir özü polisə təslim olub və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib. O, ikinci həyat yoldaşının qətlini ailə münaqişəsi ilə əlaqələndirib. 

Xatırladaq ki, 67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilmişdi, amma 2018-ci ilin aprelində istefa verib. M.Nəcəfi İran prezidentinin ən yaxın adamlarından biri hesab edilir.