ABŞ Türkiyə sanksiyasının vaxtını açmadı

30 İyul, 2019 10:05 | Siyasət | Baxış sayı: 24
S-400
S-400

"Starateji əlaqələrimizə sadiq qalırıq"

ABŞ Türkiyəyə qarşı yeni sanksiyaların nə zaman tədbiq ediləcəyini bilmir. Dövlət Departamentində Rusiyadan alınan S-400 kompleksinə görə yaranan gərginliyə şərh verilmir. 

"ABŞ-ın Çinə qarşı sanksiya qərarının bu ölkənin S-400 almasından bir necə ay sonra verildiyini xatırlamaq lazımdır", deyə qurumun nümayəndəsi "RİA Novosti"yə bildirib. 

"Biz qərar qəbulu ilə bağlı daxili müzakirələri şərh etmirik. Biz əvvəlki kimi Türkiyə ilə starateji əlaqələrimizə sadiq qalırıq".

Xatırladaq ki, Türkiyənin Rusiya istehsalı olan və dünyanın ən güclü komplekslərindən birini alması rəsmi Vaşinqtonla münasibətlərini gərginləşdirib. ABŞ  S-400-dən imtina edərək, onun əvəzində öz istehsalı olan "Patriot"u almağı təklif edib. Türkiyə isə güzəştə getməyib. Nəticədə ölkə F-35 qırıcı proqramından çıxarılıb.