Şimal rayonlarına yeni prokuror təyinatları

30 İyun, 2020 15:21 | Siyasət | Baxış sayı: 218
Kamran Əliyev
Kamran Əliyev

Baş prokuror Kamran Əliyev şimal rayonları ilə bağlı növbəti əmrə imza atıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Kamran Əliyevin əmrilə Qusar rayon prokuroru Mübariz Əhmədov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub.

Xaçmaz rayon prokuroru Elxan Əbdürrəhmanov Qusar rayon prokuroru təyin edilib. Rəşad Məmmədov isə Xaçmaz rayon prokuroru vəzifəsinə təyinat alıb.

Rəşad Məmmədov bu gün kollektivə təqdim olunub. Rayon İH başçısı Elnur Rzayev rayonun yeni prokuroru Rəşad Məmmədovu qəbul edib.