Ermənistanda koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən atdı

30 İyun, 2020 11:57 | Siyasət | Baxış sayı: 42
Koronavirus
Koronavirus

Ermənistanda koronavirus diaqnozu qoyulan qadın özünü xəstəxananın pəncərəsindən atıb.

İstiPress-in məlumatına görə, bunu Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Ali Nikoqosyan bildirib.

Hadisə Artaşat xəstəxanasında baş verib.

A.Nikoqosyanın sözlərinə görə, 55 yaşlı pasiyent iyunun 29-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İyunun 30-da isə o, özünü xəstəxananın 3-cü mərtəbəsindəki pəncərədən atıb. Bildirilib ki, hadisə yerində olanlar qadın-pasiyenti dilə tutub, ona təskinlik verməyə çalışsalar da, o, yaşamaq istəmədiyini deyib.

Hadisə nəticəsində həmin şəxs çoxsaylı sınıq xəsarətləri alıb və Yerevana aparılıb. Həkimlər onun səhhətinin ağır olduğunu bildiriblər.

Məlumata görə, həmin qadın əvvəllər də intihara cəhd edib.