Sarkisyanın ailəsinin başı bəlada - ata evi də axtarıldı

30 İyun, 2018 16:53 | Siyasət | Baxış sayı: 195
Serj Sarkisyan
Serj Sarkisyan

Keşmiş prezidentin atası və bacısının oğurladığı pullar tapılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Serj Sarkisyanın Sünik vilayətinin Teq kəndində yerləşən ata evində axtarış aparıb. "Jamanak" qəzetinin yazdığına görə, hazırda orada heç kim yaşamasa da, bina ailə ocağı kimi saxlanılır.

Xatırladaq ki, iyunun 29-da Ermənistan Dövlət Gəlirləri Komitəsinin təhqiqat idarəsi sabiq prezidentin qohumu Narekin evində axtarış aparıb.

Axtarış zamanı Sarkisyanın atası Levonun və bacısı Aninin adına 6,8 milyon dollar həcmində bank yatırımının sənədləri aşkarlanıb. Levon Sarkisyan xüsusi işlər üzrə səfir olduğu üçün qanunvericiliyə əsasən, bu məbləği öz gəlir bəyannaməsində qeyd etməli idi.

Komitənin təhqiqat idarəsində əmlakı deklarasiyadan yayındırmaq və qanunsuz varlanmaq faktları üzrə cinayət işi açılıb.

Ermənistanın keçmiş prezidentinin qardaşı Aleksandr Sarkisyan da bir neçə gün öncə saxlanılmışdı. Sonradan o azad edilib.  O, qanunsuz silah saxlamaqda ittiham olunur.  Bundan başqa Sarkisyanın digər qardaşı Levon Sarkisyana məxsus “JL Pro Project Company” ASC dövlət büdcəsinə vurduğu zərər görə, 1,6 milyon dollar cərimə ödəyib.

Məlumata görə, şirkət planlı şəkildə dövlətə vergi verməkdən yayınıb və buna görə cəzalandırılıb.