Ermənilərin İlham Əliyev ümidi

30 İyun, 2018 10:35 | Siyasət | Baxış sayı: 530
Miqrantlar
Miqrantlar

Ölkəni satqınlardan, böhrandan xilas etməyin bir yolu var...

Erməni mətbuatı həyəcan təbili çalır - ölkədə xəbərçi və satqınların sayı get-gedə artır. Böyük korrupsiya sxemi, hələ dünənə kimi qəhrəman adlandırılan yüksək çinli şəxslərin həbsi əks effekt doğurub. Respublikada gizli satqınlıq, xəyanət dalğası yayılıb.

Bu satqınların bəziləri özlərinə isti yer tutmaq istəyən, başqaları onları incidənlərdən qisas almaq, bir qismi isə yoxsulluqlarının yüksək çinli məmurlara görə olduğunu düşünənlərdir. 

Erməni mətbuatı bu insanlar hər şeyi bilən polislərin də bir tikə çörəyinə bais olmasından narahatdır. İndi ölkədə satqınlıq günü-gündən çiçəklənir. Bu isə Paşinyan hökumətinə lazımdır.

Bir çox ekspert isə korrupsiya ilə mübarizənin balaban şousuna çevrildiyini deyir. Onların fikrincə, bu müvəqqəti də olsa insanlara sosial məsələləri unutdurur. Paşinyan isə söz verir ki, korrupsiya ilə mübarizə başa çatan kimi hamı cənnətdəki kimi yaşayacaq. Əlbətdə ki, bu yalandır. Dağlıq Qarabağ - işğal edilən Azərbaycan torpaqları azad edilməyənə kimi bu elə arzu olaraq qalacaq.

Serj Sarkisyan kimi Qarabağ quldurlarının dalınca gedəndə erməni cəmiyyəti düşünürdü ki, bu asan gəzinti olacaq və dünya onları dəstəkləyəcək. Alınmadı... Günbəgün vəziyyət daha da pis olur. İrəvanda indi bəziləri proqnoz verməyə başlayıb - hazırki prezident Armen Sarkisyan əvvəldən tanış olduğu deyilən İlham Əliyevin yanına, Bakıya gedəcəkmi? Prezident admnistrasiyasından bu təkzib edilsə də şayiələr yəqin əsassız deyil.

Ermənistanda vəziyyət hər gün pisləşir. İnsanlar aillərini də götürərək tarixi vətənlərindən qaçırlar. Sabaha heç bir ümid yoxdur. Birdən sabah Paşinyan devriləcək, hər hansı bir Qriqoryan gələcək. Suallar cavabalardan daha çoxdur.

Çıxış yolu isə birdir – hər şeyi toplayıb Qarabağdan yavaş-yavaş çıxmaq.