Ərdoğan Bakıya gəlir

30 İyun, 2018 15:01 | Siyasət | Baxış sayı: 207
R.T.Ərdoğan
R.T.Ərdoğan

Səfər iyulun 11-dək ola bilər

İyunun 24-də keçirilən seçkidən sonra yenidən Türkiyə prezidenti olan Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, türk lider bu dəfə də öz ənənəsini pozmayacaq. Onun ilk xarici səfərləri Kipr Türk Cumhuriyyəti və Azərbaycana olacaq. 

Türkiyə prezidentinin Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl Şimali Kiprə səfər edəcəyi planlaşdırılır. Sammit iyunun 11-12-də olacaq. 

R.T.Ərdoğan "seçkidən sonra ilk xarici səfərimi Azərbaycana edəcək" deyərək söz vermişdi. Bunun üçün də onun Brüssel səfərindən öncə Kiprə, oradan isə bakıya gələcəyi gözlənilir.