Merkel Trampla savaşdı - G7 zirvəsinə getməyəcək

30 May, 2020 10:23 | Siyasət | Baxış sayı: 168
Angela Merkel
Angela Merkel

Almaniya Kansleri Angela Merkel G7 sammitində iştirakdan imtina etdi.

İstiPress "Ren TV"yə istinadən bildiriri ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Zaybert "Politico"ya  bildirib.

“Federal kansler prezident Trampa iyunun sonunda Vaşinqtonda G7 sammitinə dəvət etdiyinə görə təşəkkür edir. Bu gün, pandemiya ilə bağlı ümumi vəziyyəti nəzərə alaraq, Vaşinqton səfərində şəxsi iştirakını qəbul edə bilməz”,- deyə o vurğulayıb.

Eyni zamanda, o, Merkelin dünyada COVID-19 ilə vəziyyətin inkişafını izləməyə davam edəcəyini vurğulayıb.

"Politico"nun yazdığına görə, daha öncə həftə içində telefon danışığı zamanı Merkel və Tramp NATO, Çinə münasibət və "Şimal axını - 2" lsyihəsinin gerçəkləşdirilməsi iıə bağlı ciddi mübahisə ediblər.