Trampdan Əliyevə məktub - sizinlə əməkdaşlıq etmək əzmindəyəm

30 May, 2018 11:18 | Siyasət | Baxış sayı: 132
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Azərbaycanın neftindən yazdı

"İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək".

Bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə məktubunda yer alıb.

Məktubda Prezident Donald Tramp Prezident İlham Əliyevi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edir. “Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 30 illik əməkdaşlığın bu mühüm nailiyyətini Sizinlə birlikdə qeyd edirəm.

Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə əməkdaşlıq etmək əzmindəyəm”.