Vurulduğu deyilən jurnalist sağ imiş

30 May, 2018 18:42 | Siyasət | Baxış sayı: 194
Arkadi Babçenko
Arkadi Babçenko

Rusiya XİN Kiyevdən izahat tələb edib

Ukrayna Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, dünən qətlə yetirildiyi bildirilən jurnalist Arkadi Babçenko sağdır.

İstiPress-in məlumatına görə, bu barədə “Mash” telegram-kanalı bildirib.

Mənbəyə görə, Babçenkonun qətli səhnələşdirilibmiş. Arkadi Babçenko baş verənlərlə bağlı yazıb:

“Həyat yoldaşımdan ayrıca üzr istəyirəm. Olya, bağışla, amma burada variant yox idi. Əməliyyat iki ay idi ki, hazırlanırdı. Mənə bir ay bundan əvvəl demişdilər. Əməliyyatn nəticələrinə görə, adam tutulub, həbsdədir”.

14:14

Ukraynada Rusiya telekanallarından birinin əməkdaşı Arkadi Babçenko güllələnib.

İstiPress-in məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Hadisə Kiyevin Dnepr rayonunda baş verib. Həyat yoldaşı vanna otağında olub. O, atəş səslərinə çıxıb və ərini qan içində görüb. "Təcili yardım" çağırıb, o, maşınla aparılarkən yolda keçinib", - deyə Ukrayna Milli Polisinin sözçüsü Yaroslav Trakalo bildirib.

 A.Babçenko “Moskovskiy komsomolets”in və “Novaya qazeta”nın işçisi olub, “Birinci kanal”la əməkdaşlıq edib. Onun Rusiyanı 2016-cı ildə tərk etdiyi bildirilir.

Moskva Ukrayna hökumətini rusiyalı jurnalist Arkadiy Babçenkonun qətli ilə bağlı operativ istintaqa əlindən gələn köməyi göstərməyə çağırıb. Rusiya XİN-in yaydığı bəyanatda deyilir: “İnanırıq ki, beynəlxalq instansiyalar və qeyri-hökumət təşkilatları istintaqın gedişini öz nəzarətlərinə götürəcək”.

Rusiya XİN Ukraynada KİV əməkdaşlarına qarşı fiziki zorakılıq və silahlı hücum hallarının artdığına da diqqət çəkib.

“Qanlı cinayətlər və total cəzasızlıq Kiyev rejimi üçün adi hal alıb”, - deyə məlumatda vurğulanıb.