Paşinyan çətinə düşdü

30 May, 2018 11:05 | Siyasət | Baxış sayı: 321
Paşinyan ermənilərin Rusiya üzərində qələbə saydığı 29 aprel mitinqində çıxış edir
Paşinyan ermənilərin Rusiya üzərində qələbə saydığı 29 aprel mitinqində çıxış edir

Erməni nazir əhalini inandırmalıdır ki, yaxşı menecerdir

Bu gün Ermənistanın yeni baş naziri Nikol Paşinyanın əsas məqsədi  istənilən yolla iqtisadi vəziyyəti müsbətə doğru dəyişməklə əhalini ancaq tribuna ulduzu olmadığına, həm də bütün sosiala problemləri həll edən uğurlu menecer olduğuna inandırmaqdır. Axı keçmiş rəhbərlik praktiki olaraq ölkəni soyub.

Bir müddət öncə erməni mətbuatında açıqlama verən İqtisadiyyat Mərkəzinin rəhbəri Atam Markaryan bildirib ki, Ermənistanda hər il 1 milyar dollara yaxın qanunsuz vəsait korrupsionerlər arasında bölüşdürülmək üçün ölkədən çıxarılıb. Onun sözlərinə görə, kölgə iqtisadiyyatı ümumdaxili məhsulun 25 faizni təşkil edir. Bu pullar bu gün ölkə büdcəsində yoxdur.

Sərmayələr də kəskin azalıb. Hər kəs qeyri-stabillikdən narahat olub. Ermənistanın əsas sponsoru olan Rusiyanın isə bu gün sanksiyalara görə özünün köməyə ehtiyacı var.  

Düzdür qərb yeni hakimiyyətə dəstək vədləri, o cümlədən maliyyə yardımı sözü verir. Amma Kreml Ermənistana ABŞ və Aİ ilə yaxınlaşmağa imkan verəcəkmi? Əsas məsələ budur.

Baş nazir olmamışdan öncə Paşinyan Rusiyanı kəskin tənqid edirdi. Hökumət rəhbəri olan kimi isə Soçiyə, Putinlə görüşə qaçdı. Bu bir daha nümayiş etdirir ki, onun sözləri ilə gördüyü işlərlə üst-üstə düşməyəcək. Eyni şey Qarabağ məsəsləsində də baş verdi. İctimaiyyətin xoşuna gəlmək üçün Bakının ünvanına aqresiv ritorikalar bir-birini əvəz edirdi.

Həm rusiyalı, həm erməni siyasətçilərin fikrincə, Paşinyan artıq əsas müxalifət rəhbəri statausunda olduğu qədər radikal olmayacaq. O, cəngələ keçib - nə mitinqlərdə həm Qarabağ, həm də iqtisadiyyatla bağlı verdiyi sözlərdən imtina edə bilir, nə də Sarkisyanın siyasətini davam etdirə. Bunun üçündə vaxtsız və səfeh bəyanatlar verir. Məsələn, "oğlum Qarabağda xidmət edəcək", "biz heç kimin tanımadığı separataçı rejimi tanıyacağıq" və s.  Bütün bunları isə ölkə politoloqları söz yığını hesab edir. Bunun üçün də onun söz verdiyi hər şeyə erməni ekspertlər belə çox skeptik yanaşır.

Görünür ki, Paşinyanın başlatdığı inqilab hələ çox su aparacaq. Yazıq Ermənistanla nəyin baş verəcəyini isə heç kəs bilmir.

İrəvan gələn son məumata görə, Dövlət Universitetinin rektorunu xəstəxanaya çatdırıblar. Tələbələr onun istefasını tələb etməyə başlayıblar. Yəni inqilab hələ də davam edir...