Sarkisyan Qarabağa görə qorxuya düşdü

30 Aprel, 2018 11:30 | Siyasət | Baxış sayı: 320
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir

"Hər nə desən ola bilər"

“Ermənistan üçün çətin olan bu zamanda Qarabağda hər nə desən baş verə bilər”. Bu barədə Belarus kanalına müsahibəsində Ermənistanın yeni prezidenti Armen Sarkisyan deyib. Onun sözlərinə görə, o, heç bir təxribatın olmaması üçün daha təmkinli olmağa çağırıb. “Vaxtı deyil”.

Görünür o Ermənistan Silahlı Qüvvələrini nəzərdə tutur. Axı ekspertlərin fikrincə, ordu və xüsusilə onun rəhbərləri bu gün Ermənistanda baş verənlərədən o qədər də razı deyillər. 

Bir müddət öncə də ölkənin müdafiə naziri bildirib ki, daxili qeyri stabillik ciddi şəkildə Qarabağ münaqişəsinə təsir edə bilər. 

Armen Sarkisyan
Armen Sarkisyan