Bolşeviklərin Bakını tutmaq planı - XƏRİTƏ

30 Aprel, 2018 11:38 | Siyasət | Baxış sayı: 821
Rusiya ordusu Krımda Ukrayna ordusunun son bazasını götürür
Rusiya ordusu Krımda Ukrayna ordusunun son bazasını götürür

Moskva KİV-ləri məsələni yenidən gündəmə gətirib

Düz 98 il bundan qabaq 1920-ci il aprelin 30-da 11-ci Qızıl ordunun əsas qüvvələri Bakıya girdi və Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cumüriyyəti (AXC) tamamilə bolşevik nəzarətinə keçdi.

İstiPress-in məlumatına görə, 98 il qabaq baş vermiş bu hadisənin bütün təfsilatlarını Azərbaycanda çoxları bilir - arelin 28-də Azərbaycan parlamentinin son iclasında bolşevik fraksiyasının rəhbəri Həmid Sultanov ultimatum dili ilə danışaraq hakimiyyəti tələb edib. AXC qoşunları Qarabağa hücum etmiş Ermənistan qoşunları ilə döyühlərə getdiyinə görə Bakını bolşevik hücumundan qorumaq mümkün olmayıb. Həmçinin Vətənə xəyanət etmiş bəzi qüvvələr AXC rəhbərliyini şəhərdə girov götürərək Gəncəyə getməsinin qarşısını alıb, nəticədə bolşevik işğalına müqavimət təşkil etmək mümkün olmayıb.

Amma Rusiya KİV-lərinin, xüsusilə də Azərbaycan əleyhinə serial məqalələri ilə seçilən “Regnum”un məsələyə bu gün yenidən diqqət yetirməsi maraq doğurur. Azərbaycanda böyümüş, Bakıda ali təhsil almış məqalə müəllifi Stanislav Tarasov Bakıya 1920-ci il aprelin 28-dən başlamış hücumun önəmindən danışır və bunu bolşevik Rusiyasının lideri Vladimir İliç Leninin sözləri ilə ifadə edir.

“Bakını götürmək bizim üçün həddindən vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, özü də bəyanatlarla mütləq həddindən diplomatik olun və möhkəm yerli sovet hakimiyyətini qura biləcəyinizə maksimum əmin olun. Bu, Gürcüstana da aiddir, amma onunla daha ehtiyatlı olmağı məsələhət görürəm”.

1920-ci il aprel ayında Bakı və Azərbaycan belə işğal edildi
1920-ci il aprel ayında Bakı və Azərbaycan belə işğal edildi

İrəvanda baş verən narıncı inqilab fonunda Rusiyanın dərin dövlət dairələrinin maraqlarına xidmət edən bir  portalın yenidən Bakının Rusiya üçün önəmi barədə məqalə yazmasınının səbəbi aydındır. Rusiya Ermənistanı itirməyin astanasındadır və dərin dövlət 98 il qabaq baş vermiş ssenarinin təkranlanmasının vacibliyini vurğulayır. Həmin ssenariyə görə, 1920-ci ilin aprelində Azərbaycan rusların nəzarətinə keçdi və Moskva Ermənistanın Qarabağa etdiyi hücumdan maksimum faydalana bildi. Azərbaycanı tam zərərsizləşdirmiş Rusiya 1920-ci ilin oktyabrında Ermənistanı da nəzarətə götürdü, Gürcüstanı isə 1921-ci ildə işğal etdi.

Maraqlıdır ki, Rusiyanın bu ssenarini tətbiq edə biləcəyini AXC rəhbərliyi də başa düşürdü. Bakı onda bolşeviklərin sürətli işğal planlaşdırdığından xəbərdar idi. Buna görə AXC rəhbərliyi Tiflisdəki yüksək Britaniya komissarı Lyuka, həmçinin Gürcüstan hökumətinə müraciət edərək yardım üçün qoşun istəmişdi, həmçinin Ermənistana təzyiq edərək onun Qarabağa hücumlarını dayandırmağa kömək etmələrini xahiş etmişdi. Buna görə, Bakı Rusiyanın istənilən əməkdaşlıq təklifini rədd edirdi. Məsələn, Moskva Denikinə qarşı birgə vuruşmağı təklif edirdi ki, Bakı bunu rədd edirdi. Yaxud 1920-ci ilin mart ayında Rusiya Azərbaycanla “sülh yolu ilə neft ticarətinə” başlamağı təklif edirdi, Bakı Qərbə xəyanət etməmək üçün iqtisadi və hərbi baxımdan həddindən əlverişli olan bu təkliflərdən imtina edirdi.

Tarix göstərir ki, Bakı Moskvanın əslində maraqlarına uyğun gələn bu təkliflərini qəbul etsəydi, ən azından Finlandiya kimi öz müstəqilliyini qoruya bilərdi. Göründyü kimi, Qərb xristian təəssübkeşliyini əsas götürərək Azərbaycanın çox məntiqli tələblərini vecinə almadı və Ermənistana təzyiq göstərmədi. Azərbaycan isə Qərbə və demokratik dəyərlərə maksimum sadiq qalmasına görə cəzalandırıldı.

Belə vəziyyət indi də davam edir. Qərb xristian həmrəyliyini əsas götürərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yumur. Qərbin tövsiyyəsi ilə yaradılmış ATƏT-in Minsk qrupu da sələflərinin 100 il əvvəl getdiyi yolu təkrarlayaraq Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Yəni Azərbaycan torpaqlarının işğaldan azad olması ilə bağlı BMT tərəfindən qəbul edilmiş 4 qətnamənin reallaşdırılması üçün nə ABŞ, nə Fransa, nə də Azərbaycanda maksimum təmsil olunmuş Britaniya heç bir səy göstərmirlər. Halbuki, BMT Təhlükəsizlik Şurasının üzüvü olan bu dövlətlər Ukraynanın ərazi bütövlüyü məsələsini mütəmadi gündəmə gətirirlər və buna gizli-açıq hərbi dəstək də verirlər.

Buna görə də Azərbaycan Qərbin bui kili oyunlarına çox da aldanmamalı, müstəqilliyini qorumaq üçün Rusiya ilə də, Qərblə də münasibətlərdə ən optimal variantı seçməlidir.  Əks halda, Rusiya dərin dövlətinin yaradacağı  ciddi problemlərlə üzləşə bilərik. Krımın ilhaqı, Donbassın və Luqanskın işğalı göstərir ki, Rusiya dərin dövləti BMT prinsiplərini və s.-i vecinə almır, dünya ilə güc dilində danışmağa üstünlük verir. Bu amil həmişə nəzərə alınmalıdır.