Ermənilər Sarkisyana əvəz axtarır

30 Aprel, 2018 10:03 | Siyasət | Baxış sayı: 126
Nikol Paşinyan və tərəfdarları polis kordonunu dağıdır
Nikol Paşinyan və tərəfdarları polis kordonunu dağıdır

Sabah parlament yeni baş naziri seçə bilər

Sabah çalxalanan Ermənistanda parlamentin iclası keçiriləcək. Bu iclasda yeni baş nazirin namizədliyi müzakirəyə çıxarılmalıdır. Görünür ki, bu postu Nikol Paşinyan tutacaq. O, özünü artıq özünü hökumət rəhbəri elan edib. Hakim partiya isə elan edib ki, onların namizədi olmayacaq. Daha doğrusu bunu özləri istəmirlər. 

Bir çox ekspertlər düşünürlər ki, Sarkisyanın müdafiəsinə ümidvar olan hakim partiya özünü buraxa bilər. Hətta Ermənistanın hazırki prezidenti Armen Sarkisyan da özünün sələfinə qarşı olan xalq qiyamına dəstək çıxıb. 

1995-ci ildə Paşinayanı universitetdən qovan İrəvan Dövlət Universitetinin elm adamları da artıq bildiriblər ki, istənilən an ona ali təhsil haqqında diplom verə bilərlər.

Eks prezident Robert Koçaryanın isə müxalif liderə qarşı hücumları başlayıb. “O nə tələb edir? İndi mənə hakimiyyəti verin! Axı bu çemodan deyil ki, birindən alıb, o birinə əlinə verilsin. Bu konkret insanlardır – nazirlər, deputatlar və s. Paşinyanın etdiyi isə şantajdır”.

Bu gün Paşinyanın parlamentdə danışıqları başlayacaq. Bu barədə o özü məlumat verib və qeyd edib ki, saat 17 radələrində Respublika meydanında yürüş başlayacaq. Burada o, danışıqların nəticələrindən danışmağı və gələcək planlarını müzakirə etməyi planlaşdırır.