Tramp 200 min ölümü yaxşı “ssenari” adlandırdı

30 Mart, 2020 10:45 | Siyasət | Baxış sayı: 100
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti mətbuat konfransında deyib

“ABŞ hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görməsəydi, iki milyondan çox amerikalı öləcəkdi. Buna görə də COVID-19-dan 100 mindən 200 min nəfərə qədər insanın ölümü yaxşı nəticədir”.

İstiPress-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

Ağ Ev rəhbəri iki həftə ərzində ABŞ-da koronavirusdan ölüm səviyyəsinin artacağını da istisna etməyib.

O, həmçinin koronavirusun yayılmasına qarşı tədbirlərin aprelin 30-dək uzadılması barədə müvafiq göstəriş verdiyini bildirib.