Rusiya Azərbaycana 70 dəst test sistemi verdi - koronavirusa görə

30 Mart, 2020 15:05 | Siyasət | Baxış sayı: 103
Koronavirus testi
Koronavirus testi

Testlər COVID-19-un laboratoriya diaqnostikası üçündür

İki qonşu dövlətin ərazisində yeni növ koronavirusun yayılması ilə mübarizənin səmərəliliyini artırmaq üçün Rusiya tərəfi mart ayının əvvəlindən etibarən Azərbaycan Səhiyyə Nazirliyinə qarşılıqsız əsaslarla COVID-19-un laboratoriya diaqnostikası üçün 70 dəst test sistemi verib.

Bu barədə məlumat Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda yer alıb.

“Rusiya və Azərbaycanın əhalinin sağlamlığını və rifahını qorumaq üçün göstərdiyi səylər, həmçinin koronavirus pandemiyası və onun nəticələrinin aradan qaldırılması üzrə addımların gələcək koordinasiyası bu ümumi yeni çağırışa cavab verilməsində region ölkələrinin kollektiv potensialını gücləndirəcək”.