İranla Türkiyə arasında yeni qalmaqal - dissident öldürüldü

30 Mart, 2020 12:15 | Siyasət | Baxış sayı: 174
İstanbulda İran konsulluğunun binası
İstanbulda İran konsulluğunun binası

İran kəşfiyyatçılarının İstanbulda törətdiyi cinayət

İran İslam Respublikasının İstanbuldakı konsulluğunda diplomat adı altında çalışan iki İran kəşfiyyatçısı ötən ilin noyabr ayında Türkiyənin ən böyük şəhərində bir İran dissidentini öldürülməsini "təşkil ediblər".

İstiPress-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə Türkiyənin adını gizli saxlayan yüksək vəzifəli şəxsləri bildiriblər. Onların sözlərinə görə, öldürülmüş dissident əvvəllər İran Müdafiə Nazirliyində işləyib və son zamanlarda "İslam Respublikasının siyasi və hərbi rəhbərlərini tənqid edirmiş".

İngilis agentliyi düşünür ki, bu, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə yaxınlaşan bu iki regional güc - Türkiyə ilə İran arasında münasibətləri kəskinləşdirə bilər.

Məsud Molavi Vardancani 14 noyabr 2019-cu ildə - İrandan getdikdən bir il sonra İstanbulda küçədə güllələndi. Cinayətlə bağlı  polis hesabatında Vardancaninin "qeyri-adi bir profil" olduğu ifadə edilib: o, İran Müdafiə Nazirliyində kibertəhlükəsizlik sahəsində çalışıb və İran hakimiyyətinin fəal tənqidçisi olub. Məlumata görə, bu keçmiş İran hərbi qulluqçusu sosial şəbəkələrdə İranın "İslam İnqilabı Keşikçiləri Korpusuna" (İİKK) qarşı bir məlumatlar yayırmış. Bu, avqust ayında, vurulmasından üç ay əvvəl baş vermişdi. "Biz İİKK mafiyasının koorupsiyaya bulaşmış komandirlərini ortadan qaldıracağıq. Bunu edənə kimi məni öldürməmələri üçün dua edin",- deyə o bildirmişdi.