Deputatdan təklif: “Kommunal ödənişlər sıfırlansın"

30 Mart, 2020 14:23 | Siyasət | Baxış sayı: 317
Ödəniş
Ödəniş

Millət vəkili kreditləri dondurmağı da istəyib

Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev Azərbaycanda koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə görə əhaliyə güzəştlər edilməsini təklif edib.

O, Azərbaycanda kommunal xidmət xərclərinin sıfırlanmalı olduğunu bildirib.

“Eyni zamanda, təklif edirəm ki, kreditlər dondurulsun”, - deyə R.Nurullayev əlavə edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatının müzakirəsi təxirə salınıb.