Rusiyadan ABŞ-ın gözləmədiyi addım

30 Mart, 2018 13:10 | Siyasət | Baxış sayı: 206
ABŞ səfirliyi
ABŞ səfirliyi

Diplomatlar qovulur

Rusiya amerikalı  diplomatları öz ölkəsindən çıxarır. İstiPress-in məlumatına görə, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib. Bundan başqa Amerikanın Sankt Peterburqdakı konsulluğunun da fəaliyyəti dayandırılır. Bu ABŞ-ın Sietldəki Rusiya konsulluğunun bağlanması və 60 deputatı çıxarlamsına cavab addımı kimi atılıb. 

Onun sözlərinə görə, ABŞ səfiri XİN-ə çağırılıb və bu addımlar barədə məlumatlandırılıb. Nazir bu addımların son olmayacağını da qeyd edib. 

Xatırladaq ki, Böyük Britaniyada sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripal və qızı zəhərlənib. Rəsmi London bu işdə Rusiyanın əlinin olduğunu iddia edib və ölkəsindəki 23 rus diplomatı çıxarmaq haqqında qərar qəbul edib. Ondan sonra Avropa Birliyinin bəzi ölkələri, ABŞ, Kanada da anoloji addımı atmaq haqqında qərar qəbul edib.