Paşinyana məsləhət: "Az danış, çox çalış"

30 Yanvar, 2020 14:33 | Siyasət | Baxış sayı: 65
Nikol Paşinyan
Nikol Paşinyan

Erməni baş naziin günü-gündən əriyən reytinqi

Nikol Paşinyan erməni ictimaiyyətini də bezdirib. Bunu açıq-aşkar yerli mətbuat yazır. “Keçmişdə - hazırki baş nazir müxalifətdə olanda onu dinləyirdilər, hesablaşırdılar. Ancaq hökumət dəyişikliyindən sonra biz başqa reallıqla qarşılaşdıq. Paşinyanın hər birbaşa efiri, hər “Facebook” bəyanatı, hər mətbuat konfransı reytinqini daha da aşağı salır. Etibar ehtiyatı isə yaz qarı kimidir”.

Ekspertlər hesab edirlər ki, bunun əsas səbəblərdən biri ilk növbədə düşünülməmiş verilən bəyanatlardır. Bu ancaq iqtisadiyyata aid deyil. Baş nazir hələ ötən il bildirib ki, Ermənistanda siyasi xadimlər arasında əcnəbi casuslar var. Hüquq mühafizə orqanlarının bütün səylərinə baxmayaraq onlardan heç bir dənəsi belə tapmaq mükün olmayıb. Bundan əlavə son zamanlar Nikol Paşinyan cinayətkarlar və oğrular kimi xarakteristikalar səsləndirməyə başlayıb. Görünür baş nazir iqtisadi çöküşün günahını məhz heç kim tapa bilmədiyi bu insanların üzərinə atmaq istəyir.

Bu günlərdə isə tədbirlərdən birində çıxışı zamanı Paşinyan yeni termin tapıb – dövlətə xəyanət. Bu artıq çox ciddi ittihamdır. Bunu isə təsdiqləmək üçün heç nə yoxdur.

Nəşrlər baş nazirin reytinqinin çox sürətlə əriməsinin səbəbini onun ittihamları, səhvləri başqasında axtarmasında, heç bir sübut olmadan danışmasında görürlər. 

Eskpertlər isə ona bir məsləhət verirlər – az danış, çox çalış. Yoxsa ölkəyə rəhbərlik edən şəxs sübutsuz ittihamları rəqiblərinin boynuna yükləməklə ictimaiyyəti özünə qarşı qaldıracaq.