Putin Ermənistanı qaz kamerasında yandıracaq

29 Dekabr, 2018 12:01 | Siyasət | Baxış sayı: 260
Odun sobası Ermənistanda bahalı qaza alternativdir
Odun sobası Ermənistanda bahalı qaza alternativdir

Rusiya İrəvan üçün yeni fəlakət dalğası hazıralyır

Ermənistan baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryanla  Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerin Sankt-Peterburqda keçirilmiş görüşü nəticəsiz bitib.

İstiPress “newsarmenia.am” portalına istinadən bildirir ki, daha öncə Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşmüş Nikol Paşinyan da qazın qiyməti ilə bağlı razılıq əldə edilmədiyini bildirmişdi.

Mher Qriqoryan və Aleksey Miller
Mher Qriqoryan və Aleksey Miller

Erməni KİV-lərinin yazdığına görə, Rusiyanın Ermənistana ixrac etdiyi təbii qazın qiyməti 2019-cu il yanvarın 1-dən min kubmetrə görə indiki 150 dollardan 215 dollara qalxa bilər. Erməni ekspertlər düşünür ki, qazın bu cür qalxması Ermənistandan miqrasiyanı xeyli sürətləndirəəck - insanlar həm yanacaq pulunu ödəyə bilmədiklərindən, həm də bahalı qaz hesabına bağlanan iş yerlərinə görə ölkəni tərk edəcəklər. Yəni qışın oğlan çağında qazın qiymətinin qaldırılması İrəvan üçün yeni fəlakət dalğası vəd edir.

Rusiyanın “Pravda” qəzetinin fikrincə, Moskva bununla Paşinyanı qərbə inteqrasiya və Moskvadan aralanma siyasətinə görə cəzalandırır. Qəzetə müsahibə verən erməni ekspert Arman Boşyanın fikrincə, Paşiyan ağzı dolusu Avrasiya İttifaqı çərçivəsində inteqrasiyadan danışsa da, fəaliyyəti bunun tərsini göstərir. O, nümunə kimi Robert Koçaryanın həbsini “Qazprom”un Ermənistandakı törəmə müəssisəsinə qarşı cinayət işi açılmasına göstərir.  

Boşyan bu fikirdədir ki, Paşiyan KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun təqib edilməsini dayandırmasa və Ermənistandakı ABŞ bioloji laboratroiyalarının işini dayandırmasa, Moskva Paşinyan Ermənistanını qaz kamerasında yandırmaqda davam edəcək.